Xəbər lenti




60 saylı Salyan-Neftçala secki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı Qaraçala qəsəbəsi ərazisində yerləşən ``Şəhidlər xiyabanı``nı ziyarət etdi.

Hər bir şəhid ayrı-ayrılıqda anıldı, məzarları üzərinə tər çiçəklər düzüldükdən sonra ruhlarına dualar oxundu.
Şəhid məzarlarının ziyarətindən sonra deputatlığa namizəd şəhid ailələri və kənd ağsaqqalları ilə görüşlər keçirdi.
Fəzail Ağamalı şəhid anaları Qubadova Tahirə, Mustafayeva Nübar, Xəlilova Humayı,İsayeva Arəstə, şəhid İslam Ağayevin həyat yoldaşı Ağayeva Şəhla, tanınmış kənd ağsaqqallarından İmanverdiyev Mansur və digərlərilə görüşmüşdür.
Görüşlərdə şəhid ailələri üzərində dövlət qayğısının üzərində dayanıldı, şəhid ailələrinin sosial problemlərinin həlli ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə Fəzail Ağamalının şəhid ailələrinə ziyarəti yüksək qiymətləndirildi.
9 Fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə seçkilərdə Fəzail Ağamalıya uğurlar arzuladılar.





© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov